Metroda maska satan şəxs saxlanıldı

   Metroda maska satan şəxs saxlanıldı
  05 Mart 2020    Oxunub:2574
Martın 3-də metronun “İnşaatçılar” stansiyasından “20 Yanvar” istiqamətində hərəkətdə olan qatarın içində qoruyucu maska satışı ilə məşğul olan şəxs tərəfimizdən müəyən olunaraq saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Azvision.az -a verilən məlumata görə, Abşeron rayon sakini 1969-cü il təvəllüdlü M.Kamalov metropolitendə polis şöbəsinə gətirilib.

Onun barəsində İXM-in 454-cü maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməklə, inzibati tənbeh tədbiri tətbiq olunub.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti