Sarkisyan gələn ay aprel döyüşləri ilə bağlı dindiriləcək

  05 Mart 2020    Oxunub : 1775
Sarkisyan gələn ay aprel döyüşləri ilə bağlı dindiriləcək
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan 2016-cı ilin aprel müharibəsi ilə bağlı parlamentdə yaradılmış komissiyada dindiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə “Past”nəşri yazıb.

Məlumata görə, Sarkisyan aprelin əvvəlində dindiriləcək.

Keçmiş prezidentin komissiyaya çağırılması təşəbbüsünü qurumun rəhbəri, parlamentin müdafiə və milli təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Koçaryan dəfələrlə irəli sürüb.

Bundan əvvəl komissiya keçmiş müdafiə naziri Seyran Ohanyan və Baş qərargah rəisi Artak Davtyanı ifadə verməyə çağırıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Sarkisyan