“ASAN xidmət” mərkəzlərinin sayı 18-ə çatdı

   “ASAN xidmət” mərkəzlərinin sayı 18-ə çatdı
  05 Mart 2020    Oxunub:2993
Ötən gün Tovuz “ASAN xidmət” mərkəzi istifadəyə verilib.
Azvision.az xəbər verir ki, bununla da Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin sayı 18-ə çatıb.

Onlardan 5-i paytaxt Bakıda, digər 13-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir və Tovuzda yerləşir.

Qeyd edək ki, bu il Ağcabədi, Balakən və Bakı şəhərində "ASAN xidmət" mərkəzlərinin açılması nəzərdə tutulur. Cari ildə, həmçinin Sumqayıt və Gəncədə əlavə "ASAN xidmət" mərkəzi tikiləcək. Eyni zamanda, Salyan və Lənkəranda da "ASAN Xidmət" mərkəzlərinin tikintisinə başlanılacaq.

Ümumilikdə isə 2021-ci ilə qədər ölkə üzrə “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ASANxidmət  





Xəbər lenti