Bu gün seçkilərlə bağlı yekun qərar veriləcək

Bu gün seçkilərlə bağlı yekun qərar veriləcək
  05 Mart 2020    Oxunub:2970
Bu gün Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin Plenumu müvafiq prosedurları həyata keçirməklə qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi konstitusiya icraatında seçkilərin nəticələrinə dair qərar qəbul edəcək.

Qeyd edək ki, Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

Azvision.az


Teqlər: KonstitusiyaMəhkəməsi   Seçki   Qərar  





Xəbər lenti