AQTA-ya 2376 müraciət daxil olub

AQTA-ya 2376 müraciət daxil olub
  04 Mart 2020    Oxunub:1354
2020-ci ilin fevral ayı ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə ümumilikdə 2376 müraciət daxil olub.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, daxil olan müraciətlərdən 599-u sertifikatlaşdırma və qeydiyyat, 636-sı idxal-ixrac əməliyyatları, 150-si istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 42 müraciət daxil olsa da, onlardan yalnız 25-i öz təsdiqini tapmışdır. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 116-sı işə qəbulla, 833-ü isə digər xarakterli müraciətlər olub.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti