Prezident yol tikintisinə 15,8 milyon manat ayırdı

Prezident yol tikintisinə 15,8 milyon manat ayırdı
  04 Mart 2020    Oxunub:2379
Prezident İlham Əliyev martın 4-də “Tovuz rayonunun Əyyublu–Aran–Qovlar–Aşağı Quşçu–Koxanəbi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əyyublu–Aran–Qovlar–Aşağı Quşçu–Koxanəbi avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 15,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident   Sərəncam  





Xəbər lenti