Nazir və müavinləri vətəndaşlarla görüşəcək

Nazir və müavinləri vətəndaşlarla görüşəcək
  04 Mart 2020    Oxunub:1734
Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev martın 13-də Xaçmaz, Quba və Şabran rayonlarının sakinlərini qəbul edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüş saat 09:00-da Xaçmaz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, 72a, Heydər Əliyev Parkı) keçiriləcək.

Elə həmin gün nazir müavinləri Firdovsi Əliyev Qusar, Rauf Hacıyev isə Xızı və Siyəzən rayonlarının sakinləri ilə görüşəcəklər.

Vətəndaşların qəbulu müvafiq olaraq Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Qusar şəhəri, Mirzə Vəliyev küçəsi) və Xızı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Xızı şəhəri, Heydər Əliyev prospekti, 37) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Xaçmaz rayonu, Xudat şəhəri, 4-cü şöbə) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 023-323-00-14, 051-594-62-11, 070-232-33-45) xahiş olunur.

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti