“Bakıya gələn hər bir idmançıdan arayış tələb olunacaq”

 “Bakıya gələn hər bir idmançıdan arayış tələb olunacaq”
  04 Mart 2020    Oxunub:2352
Bakıya gələn hər bir idmançıdan sağlamlıq haqqında arayış tələb olunacaq.

Azvision.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə koronavirusun yayıldığı İtaliyadan olan idmançıların martda Bakıda keçiriləcək karate üzrə Avropa çempionatında iştirakı barədə məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, idmançı sağlamdırsa, yarışa qatılacaq. "Sağlam deyilsə, hansısa şübhəli məqam varsa, ya geri qaytarılacaq, ya da karantində saxlanılacaq. Bu, bizim istəyimiz deyil, Ümumdünya Səhiyyə Təşkilatının tələbidir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Yarış   İdman  





Xəbər lenti