Əsəd ordusunun 3138 əsgəri zərərsizləşdirilib

  04 Mart 2020    Oxunub : 1160
 Əsəd ordusunun 3138 əsgəri zərərsizləşdirilib
Türkiyə "Bahar Qalxanı" əməliyyatında daha 2 şəhid verib, 6 əsgər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar məlumat verib. Onun sözlərinə görə, türk əsgəri inamla vəzifəsini icra edir.

H.Akar, həmçinin bildirib ki, əməliyyatın başlamasından ötən dövr ərzində Əsəd ordusunun 3138 əsgəri zərərsizləşdirilib, 3 qırıcı təyyarə, 8 helikopter, 3 pilotsuz uçuş aparatı, 151 tank, 47 top və haubitsa məhv edilib.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Suriya   Türkiyə   Şəhid