Çində 50 minə yaxın insan koronavirusdan sağalıb

 Çində 50 minə yaxın insan koronavirusdan sağalıb
  04 Mart 2020    Oxunub:2376
Çində koronavirusa (COVID-2019) yoluxanların sayı 80 min 422 nəfərə, bu virusdan ölənlərin sayı isə 2984-ə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən sutka ərzində 119 yoluxma, 39 ölüm faktı qeydə alınıb.
İndiyədək 49 min 914 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 6 min 416 xəstənin vəziyyəti kritikdir. Virusa yoluxanlarla yaxın təmasda olmuş 36 min 432 nəfər tibbi nəzarət altındadır.

Azvision.az



Teqlər: Çin   Koronavirus  





Xəbər lenti