Təhsil müəssisələrində dezinfeksiya işləri davam etdirilir

  03 Mart 2020    Oxunub : 1314
Təhsil müəssisələrində dezinfeksiya işləri davam etdirilir
Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər davam etdirilir.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Bakı, Sumqayıt, Şirvan, Gəncə şəhərləri, Xaçmaz, Ucar, Qax, Qazax, Ağdam, Samux, Ağsu rayonları da daxil olmaqla, digər şəhər və rayonlarda profilaktik tədbirlər intensivləşdirilib. Görülən işlərin effektivliyinin yüksəldilməsi məqsədilə bütün təhsil müəssisələrində martın 3-dən 9-dək tədris prosesi dayandırılıb. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.

Azvision.az

Teqlər: Təhsil-Nazirliyi