Prezidentin sərəncamı ilə 1700-dək ev qazla təmin olunacaq
Sərəncam əsasında SOCAR-a 9 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Gəncə şəhəri Şıxzamanlı və Cavadxan qəsəbələrinin yeni yaşayış massivlərində 980-dək fərdi ev, Daşkəsən rayonunun Aşağı Daşkəsən və Kəmərqaya kəndlərində 200-dən çox fərdi ev, eyni zamanda Göygöl rayonunun Toğanalı kəndində 390-a və Samux rayonunun Şərkar kəndi ərazisindəki yeni massivdə 150-ə yaxın fərdi ev qazlaşdırılacaq.
Azvision.az
Teqlər: Azəriqaz