Axtarışda olan şəxs oğurluq üstündə tutuldu

Axtarışda olan şəxs oğurluq üstündə tutuldu
  03 Mart 2020    Oxunub:2145
Nardaran qəsəbəsi ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-da Nardaran qəsəbəsi ərazisindən qəsəbə sakini A.Abışovun “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Əliyev, əvvəllər məhkum olunmuş B.Bayramov və borclu kimi axtarışda olan, əvvəllər məhkum olunmuş Ə.Qədirov avtomobillə birgə Sabunçu qəsəbəsi ərazisində saxlanılıblar.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti