Rusiyada 40-dan çox terrorçu lider tutulub

Rusiyada 40-dan çox terrorçu lider tutulub
  03 Mart 2020    Oxunub:2020
Ötən il Rusiyada 40-dan çox terrorçu lider, 241 sıravi yaraqlı və onların 606 tərəfdarı tutulub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Milli Antiterror Komitəsinin aparat rəhbərinin birinci müavini İqor Kulyaqin deyib.

Onun sözlərinə görə, antiterror əməliyyatları və operativ-döyüş əməliyyatları zamanı terror qruplaşmalarının 9 lideri daxil olmaqla 32 nəfər zərərsizləşdirilib. Həmin qruplaşmaların 41 lideri, 241 yaraqlı və 606 tərəfdarı tutulub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Terror  





Xəbər lenti