Əlil uşaqları övladlığa götürənlərə güzəşt ediləcək

Əlil uşaqları övladlığa götürənlərə güzəşt ediləcək
  03 Mart 2020    Oxunub:2727
"Övladlığa verilmək üçün hazırda münasib olan 40-50 uşaqdan yarısı sağlamlıq imkanları məhdud olan uşaqlardır".

Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin təqdimatında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, insanlar əsasən sağlam uşaqları övladlığa götürmək istəyirlər: "Biz çalışacağıq ki, sağlamlıq imkanları məhdud uşaqların da övladlığa verilməsini təmin edək. Valideynlər tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar övladlığa götürülərsə, onlara stimullaşdırıcı tədbirlər də görüləcək".

A.Kərimov bildirib ki, həmin valideynlərə təhsil, təhsil haqları, vergi, Əmək Məcəlləsində güzəştlər olacaq: "Sağlamlıq imkanları məhdud olan uşaqları övladlığa götürəcək valideynlər üçün aylıq müavinətlərin ödənilməsi dəstəklənəcək. Ümumilikdə, həm uşaqlar, həm də valideynlər üçün güzəştlərin edilməsi nəzərdə tutulacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Uşaq   ƏƏSMN   Övladlıq  





Xəbər lenti