130 mindən çox miqrant Türkiyədən Yunanıstana keçib

130 mindən çox miqrant Türkiyədən Yunanıstana keçib
  03 Mart 2020    Oxunub:1686
Türkiyədən Yunanıstana keçən miqrantların sayı 130 min 469 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Süleyman Soylu “Twitter” hesabında yazıb.

"Saat 09:15-a olan məlumata əsasən, Türkiyənin Ədirnə ərazisindən Yunanıstana keçən qaçqınların sayı 130 min 469 nəfər olub”, - deyə nazir vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Yunanıstan   Miqrant  





Xəbər lenti