Prezident bolqarıstanlı həmkarını təbrik edib

   Prezident bolqarıstanlı həmkarını təbrik edib
  03 Mart 2020    Oxunub:1636
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevə ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu göndərib.
Azvision.az xəbər verir ki, dövlətimizin başçısı məktubda Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin bugünkü səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib.

Prezident strateji tərəfdaşlıq əlaqələrimizin birgə səylərimizlə xalqlarımızın rifahı naminə daha da güclənəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Prezident Rumen Radevə möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər, Bolqarıstan xalqına daim sülh və rifah arzulayıb.

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti