Bakıda axtarışda olan 28 nəfər saxlanılıb

   Bakıda axtarışda olan 28 nəfər saxlanılıb
  03 Mart 2020    Oxunub:1954
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də 26 cinayətin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, onlardan 10-nu əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Quldurluq üzrə 1, xuliqanlıq üzrə 2, narkotiklərlə əlaqəli 7, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 10 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 28 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: BŞBPİ  





Xəbər lenti