Avropa İttifaqı rəsmiləri Türkiyəyə gedir

 Avropa İttifaqı rəsmiləri Türkiyəyə gedir
  03 Mart 2020    Oxunub:2418
Avropa İttifaqı Komissiyasının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, komissiyanın vitse-prezidenti Cosep Borrell, Böhranın İdarə Olunması üzrə komissarı Canez Lenarcic bu gün Türkiyəyə səfər edəcəklər.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

İki günlük səfər zamanı Aİ rəsmiləri keçirəcəkləri görüşlərdə Türkiyə-Avropa İttifaqı əlaqələri, miqrant böhranı və İdlib problemini müzakirə edəcəklər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə     İdlib  





Xəbər lenti