Naxçıvanda məktəblər bağlanmayacaq

Naxçıvanda məktəblər bağlanmayacaq
  03 Mart 2020    Oxunub:8247
Naxçıvan Muxtar Respublikasının təhsil müəsisələrində tədris və təlim-tərbiyə prosesi dayandırılmayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Muxtar Respublikanın Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, muxtar respublikanın bütün ali və orta ixtisas, eləcə də ümumitəhsil məktəblərində hər il olduğu kimi bu il də lazımi tibbi profilaktik və dezinfeksiyaedici tədbirlər ən yüksək səviyyədə aparılıb. Və bu proses müvafiq qaydada davam etdirilir.

Muxtar respublikada koronavirus infeksiyasına hər hansı bir yoluxma faktı yoxdur. Bununla əlaqədar hər hansı ciddi təhlükə də müşahidə olunmur.

Qeyd olunub ki, bəzi informasiya saytlarında sabahdan Naxçıvan Muxtar Respublikasında da təhsil və tədrisin dayandırılması ilə bağlı yanlış və əsassız informasiyalar yayılıb: "Təhsil nazirliyi bildirir ki, muxtar respublikanın orta ümumtəhsil, orta ixtisas və ali təhsil müəsisələrində dərslər tədris qrafikinə uyğun olaraq davam etdiriləcək".

Azvision.az



Teqlər: Naxçıvan   Məktəb  





Xəbər lenti