Azad Rəhimov qalib şahmatçı ilə görüşüb

  02 Mart 2020    Oxunub : 1196
Azad Rəhimov qalib şahmatçı ilə görüşüb
“Bizim əsas məqsədimiz Azərbaycanı dünyaya şahmat ölkəsi kimi tanıtmaq və dünya şahmat reytinqində ilk onluğa düşməkdir. Moskvada keçirilmiş “Aeroflot Open-2020” beynəlxalq şahmat turnirində sənin, 14 yaşlı şahmatçının qalibiyyəti hər birimizin sevinçinə səbəb olmaqla bərabər, eyni zamanda, bizə böyük qürur hissi yaşatdı. Biz bundan sonra da sənin inkişafın üçün daim dəstək göstərəcək, səni qoruyacağıq.”
Azvision.az xəbər verir ki, bu sözləri Gənclər və idman naziri Azad Rəhimov “Aeroflot Open-2020” beynəlxalq şahmat turnirin 14 yaşlı qalibi Aydın Süleymanlı ilə görüşündə deyib. Nazir Aydının qələbəsindən sonra artıq 2 şirkətin ona sponsurluq etmək arsunuda olduğunu da diqqətə çatdırıb və bundan sonra şahmatçının məşqləri və gələcək inkişafı üçün nazirlik və Federasiya tərəfindən hər bir dəstəyin göstəriləcəyini bildirib. Görüşdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, eyni zamanda, Aydın Süleymanlının atası və şəxsi məqqçisi də iştirak edibilər. Diqqət və qəbul üçün nazirə təşəkkür edən Aydın Süleymanlı qalibiyyəti, oyunun gedişi, rəqibləri və gələcək planları və məşqləri haqqında danışıb.

Aydın Azərbaycan çempionatına da xüsusi hazırlaşdığını bildirib, “Aeroflot Open-2020” beynəlxalq şahmat turnirindəki qələbəsini, bu yarışda da təkrarlayacağına çalışacağını söyləyib. Görüşün sonunda nazir Azad Rəhimov və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov tərəfindən Aydın Süleymanlıya hədiyyə təqdim olunub.



Azvision.az

Teqlər: Şahmat