Koronavirus Avropaya 1 milyard avro zərər vurdu

Koronavirus Avropaya 1 milyard avro zərər vurdu
  02 Mart 2020    Oxunub:1461
Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Terri Breton bildirib ki, COVID-19 koronavirusu Avropanın turizm sahəsinə bir milyard avro zərər vurub.
Azvision.az xəbər verir ki, virus təhlükəsi ümumilikdə dünya iqtisadiyyatına da mənfi təsirlər göstərir. O, bildirib ki, Avropaya gələn turistlərin sayında kəskin azalma müşahidə olunub.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına əsasən, beynəlxalq reyslər üzrə ixtisaslaşmış aviaşirkətlər epidemiya ilə əlaqədar hazırkı göstəricilər əsasında bu il təxminən 1,5 milyard ABŞ dolları itirəcəklər.

Bundan başqa virus ümumi dəyəri 46 milyard ABŞ dolları olan “Carnival”, “Royal Caribbean” və “Norwegian Cruise Line” şirkətlərini çətin vəziyyətə salıb.

Azvision.az


Teqlər: Avropa  





Xəbər lenti