Baydenə praymerizdə uduzan 2 namizəd seçkidən çəkildi

Baydenə praymerizdə uduzan 2 namizəd seçkidən çəkildi
  02 Mart 2020    Oxunub:1534
ABŞ prezidenti vəzifəsinə Demokratlar Partiyasından iddiaçılar arasında yer alan milyarder Tom Steyer seçkiqabağı yarışı tərk edib.
Azvision.az xəbər verir ki, o, bu qərarı Cənubi Karolinada praymerizdə Co Baydenin qələbəsindən sonra qəbul edib.

Cənubi Karolina praymerizində ABŞ-ın keçmiş vitse-prezident Co Baydenə məğlub olan Saut-Bend şəhərinin sabiq meri Pit Buttiçiç də seçkiqabağı yarışı tərk edib.

Buttiçiç ABŞ-ın sabiq prezidenti Cimmi Karterlə görüşündən və Alabamada vətəndaş hüquqları uğrunda hərəkatla əlaqədar bayram tədbirlərində iştirakından sonra kampaniyasını bitirmək barədə qərar qəbul edib.


Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti