“Mercedes” yolu keçən piyadanı vurub öldürdü

“Mercedes” yolu keçən piyadanı vurub öldürdü
  02 Mart 2020    Oxunub:1827
Bakının Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Heydər Əliyev prospektində Bakı şəhər sakini H.Əlizadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Abşeron rayon sakini Y.Manafovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti