Bakının uşaq bağçalarına qəbul elektron qaydaya keçir
Pilot layihə kimi seçilən Nizami rayonunda on gün ərzində personalın hazırlanması və öyrədilməsi ilə bağlı treninqlər keçiriləcək, bundan sonra isə qəbulun başlanması barədə elan veriləcəkdir. Bu sistem mərhələli şəkildə Bakı şəhərinin bütün rayonlarında tətbiq ediləcəkdir.
Hazırki layihənin ikinci mərhələsində isə istifadəçinin “Elektron kabinetinin” yaradılması nəzərdə tutulub. Valideynlər buradan gündəlik menyu, həmçinin yemək və təlim-tərbiyə prossesi barədə foto-video hesabatları da əldə edə biləcəklər. Şəxsi “Elektron kabinet”in köməyi ilə valideynlərlə məktəbəqədər tərbiyə müəssisəsi arasında əlaqələr sadələşəcəkdir. Arzu edənlər elektron formatda təklif və iradlarını bildirərək müraciətin baxlıması prossesinə nəzarət edə bilərlər.
Tədbir zamanı eləcə də Qida Təhlükəsizliyi Agentliyi ilə məktəbəqədər təhsil müəssisələrində birgə aparılmış manitorinqlərin nəticələri müzakirə edilmiş, bu sahədə vəziyyət ötən illərə nisbətən daha qənaətbəxş olduğu bildirilmişdir. Bununla belə yoxlamalar zamanı bəzi çatışmazlıqlar aşkar edilmiş və onların aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verilib.
Əlavə olaraq, bağçalarda təlim-tərbiyə prossesini əhatə edən yeni innovasion layihələr və yeniliklər də hazırlandığı bildirilib.
Azvision.az