Düşmən hərbçiləri silah-sursatı qoyub qaçdı - FOTOLAR

 Düşmən hərbçiləri silah-sursatı qoyub qaçdı -    FOTOLAR
  02 Mart 2020    Oxunub:17272
2020-ci il fevralın 24-də saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi döyüş itkiləri vermiş düşmən geri çəkilməyə məcbur olub.
Azvision.az -ın məlumatına görə, Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğun Mətbuat mərkəzlərinin yaydığı birgə məlumatda bildirilir ki, hadisənin baş verdiyi sərhəd döyüş məntəqəsinin yaxınlığında düşmənin silahlı basqın zamanı istifadə etdiyi və geri qaçdığı zaman ərazidə atmaq məcburiyyətində qaldığı PK markalı pulemyot üçün 100 gülləlik lent, bir ədəd partlamamış RQ-42 əl qumbarası, 66 ədəd 7,62 mm-lik giliz, kəşfiyyat-diverisya qrupu üzvlərinin ərzaq çantası (içərisində konservlər, fərdi su ehtiyatı, çörək məmulatları) aşkar olunub.






Azvision.az


Teqlər: DSX  





Xəbər lenti