Komitə valideynlərə xəbərdarlıq etdi - VİDEO

 Komitə valideynlərə xəbərdarlıq etdi -  VİDEO
  02 Mart 2020    Oxunub:2801
Son zamanlar sosial şəbəkələrdə uşaqları müxtəlif ziyanlı fəaliyyətlərə sövq edən video materiallar sosial şəbəkələrdə və qruplarda yayılır.
Azvision.az xəbər verir ki, bunu Ailə,Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Məftunə İsmayılova deyib. Onun sözlərinə görə, tirajlanma daha çox uşağın videoları görməsinə və bu hərəkətləri təkrarlamasına səbəb olur.



“Sosial şəbəkələrdə uşaqları zərərli fiziki vərdişlərə, bullinqə sövq edən video materiallar paylanılır. Bunlar uşaqları zədə törətməyə, bullinqə sövq etməyə yönəldirlər. Təəssüf ki, bu materiallar böyüklər tərəfindən paylaşılır. Tənqid kimi paylaşılsa da bu informasayalar daha çox uşağın görməsinə şərait yaradır.

Müəllimlərdən, valideynlərdən və uşaqlardan xahiş edirik ki, belə videoların təsirinə düşməsinlər, aludə olmasınlar. Unutmaq olmaz ki, edilən hər bir hərəkət və paylaşılan hər bir video digər insanları da buna sövq edir. Biz daim çalışmalıyıq ki, hərəkətlərimiz və paylaşdığımız məlumatlar ancaq müsbət fəaliyyətlərə yol açsın”.

Bu gün uşaqların məlumatları daha çox internet resurslarından əldə etdiyini deyən M.İsmayılova bildirib ki, əldə edilən materialların bəziləri onların inkişafına zərərli təsir edir:

“Validenylərə tövsiyyə edərdik ki, uşaqların hansı internet resurslardan hansı məlumatları əldə etməsinə nəzarət etsinlər. Onlarla daha çox vaxt keçirsinlər, maraqlarını bölüşsünlər".

Aytən Zəhra
Azvision.az



Teqlər: Komitə   Valideyn   Uşaq  





Xəbər lenti