Çavuşoğlu həmsədrlərlə görüşüb

 Çavuşoğlu həmsədrlərlə görüşüb
  02 Mart 2020    Oxunub:2066
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə XİN rəhbəri “Twitter”də paylaşım edib.

“Minsk qrupu Dağlıq Qarabağ məsələsinin həlli üçün daha effektiv işləməlidir. Bu həll Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərinə hörmət çərçivəsində olmalıdır”,- deyə Çavuşoğlu bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çavuşoğlu   Həmsədr   Görüş  





Xəbər lenti