“ASAN Həyat” Bahar festivalı Kürdəmirdə - FOTOLAR
Festival çərçivəsində tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı və milli personajlardan ibarət bayram tamaşaları, kəndirbaz oyunları, pəhləvan və idmançıların çıxışları da reallaşdırılıb.
Həmçinin, “ABAD” publik hüquqi şəxsin “ABAD Gastro Village” layihəsi çərçivəsində Food trucklər (təkərli qoşqular) nümayiş olunur. Bu trucklərdə “ABAD” məhsullarından hazırlanmış fast foodların satışı həyata keçirilir.
Festivalda Azərbaycandakı diplomatik korpusun nümayəndələri tərəfindən multikulturalizm ənənələrinə uyğun olaraq ölkələrinə məxsus adət-ənənələri nümayiş etdirən təqdimat guşələri təşkil olunub.
“ASAN Həyat” Bahar festivalının məqsədi xalqımızı tarixən bütövləşdirən, milli mədəniyyətimizi və mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz ənənələrinin layiqincə yaşadılması, regionların sosial mədəni həyatına, bayram əhval ruhiyyəsinin artırılmasına töhfə vermək, eyni zamanda insanlar arasında birlik və mehribanlığı möhkəmləndirməkdir.
Anar Kəlbiyev
Foto: Şahin Sərdarov
Azvision.az
Teqlər: ASANHəyat Baharfestivalı