İspaniyada koronavirusa yoluxanların sayı artıb

İspaniyada koronavirusa yoluxanların sayı artıb
  02 Mart 2020    Oxunub:9234
İspaniyada koronavirusa təsdiqlənmiş yoluxma halları 83-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə "El País" nəşri məlumat yayıb. Qeyd olunub ki, bu günə qədər ölkənin demək olar ki, bütün bölgələrində yoluxanlar aşkarlanıb. Ümumilikdə 70 nəfər sağalaraq evə göndərilib.

Qəzetin yazdığına görə, Asturiya muxtar cəmiyyətində 70 yaşlı çilili yazıçı Luis Sepulveda koronavirusa yoluxduğuna görə xəstəxanaya çatdırılıb.

Azvision.az


Teqlər: Virus  





Xəbər lenti