ABŞ-da koronavirusdan ikinci ölüm qeydə alınıb

ABŞ-da koronavirusdan ikinci ölüm qeydə alınıb
  02 Mart 2020    Oxunub:1648
ABŞ-da koronavirusdan ikinci ölüm halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, hadisə Vaşinqton ştatında baş verib.

Ştatda daha dörd yeni koronavirusa yoluxma hadisəsi təsdiqlənib, ümumi yoluxanların sayı isə 13-ə çatıb. 70-90 yaş arası üç xəstənin vəziyyəti ağırdır.

Qeyd edək ki, ABŞ-da yeni növ koronavirusa ilk yoluxma halı Nyu-York və Rod-Aylend ştatlarında qeydə alınıb. Ölkədə koronavirusa yoluxması ehtimal edilən xəstələrin sayı 80-dən çoxdur.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti