Hökumət dərman və tibbi ləvazimatların alınmasına 10 milyon ayırdı

  Hökumət dərman və tibbi ləvazimatların alınmasına 10 milyon ayırdı
  02 Mart 2020    Oxunub:2214
Baş nazir Əli Əsədov dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan vəsait ayrılması barədə sərəncam imzalayıb.
Azvision.az -ın xəbərinə görə, sərəncama əsasən dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 000 000 (on milyon) manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti