Çində koronavirusdan ölənlərin sayı 2 912-yə çatdı

 Çində koronavirusdan ölənlərin sayı 2 912-yə çatdı
  02 Mart 2020    Oxunub:1371
Çində yeni növ koronavirusdan ölənlərin sayı artmaqda davam edir.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Qeyd olunub ki, yeni virusdan ölənlərin sayı 2 912 nəfərə çatıb.

Virusa yoluxanıların ümumi sayı 80 026 nəfərdir, onlardan 44 462 nəfər sağalıb və xəstəxanalardan buraxılıb.

Ötən gün ərzində ölkə daxilində 202 yeni yoluxma hadisəsi aşkarlanıb, 2 837 nəfər xəstəxanadan buraxılıb, 42 nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Virus  





Xəbər lenti