Kürdəmir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

   Kürdəmir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
  02 Mart 2020    Oxunub:8264
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Kürdəmir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Azvision.az xəbər verir ki, Kürdəmir “ASAN xidmət” mərkəzi Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 400-dən çox vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.



Qeyd edək ki, fevralın 12-də Prezident İlham Əliyev Kürdəmirdə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Ölkəmizdə hazırda 17 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakıda, digər 12-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı və Kürdəmirdə yerləşir.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Kürdəmir   ASANxidmət  





Xəbər lenti