Ermənistanda məktəb və universitetlər bağlandı

Ermənistanda məktəb və universitetlər bağlandı
  02 Mart 2020    Oxunub:1640
Ermənistanda koronavirusla əlaqədar məktəb və universitetlərdə dərs prosesi bir həftəlik dayandırılıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan açıqlama verib. Onun sözlərinə görə, yaz tətili bir həftəlik fasilə ilə əvəzlənib. Belə ki, yaz tətili mart ayının sonundan ayın 2-nə keçirilib.

Qeyd edilib ki, qərar ali təhsil müəssisələri, məktəblər, kolleclər, peşə məktəbləri və uşaq bağçalarına şamil olunur.

Azvision.az




Teqlər: Ermənistan   Məktəb  





Xəbər lenti