Tacikistanda parlament seçkiləri baş tutub - Yenilənib

Tacikistanda parlament seçkiləri baş tutub -  Yenilənib
  01 Mart 2020    Oxunub:2674
Tacikistanda keçirilən parlament seçkiləri baş tutmuş hesab edilib.
Azvision.az xəbər verir ki, saat 15.00-a olan məlumata görə, seçkilərdə 3 milyon 734 min 962 seçici səs verib, bu da vətəndaşların 71,1 faizi deməkdir.

Tacikistan qanunlarına əsasən, seçicilərin 50 faizdən çoxu səs verdikdə seçkilər baş tutmuş hesab edilir. Seçkilərin ilkin nəticələri 24 saat ərzində elan olunacaq.

***
Tacikistanda parlamentin aşağı palatasına seçkilər keçirilir.

Azvision.az xəbər verir ki, vətəndaşların 63 deputat seçməsi üçün ölkədə 3412 seçki məntəqəsi fəaliyyət göstərir.

MDB ölkələrindən olan beynəlxalq müşahidəçilərin aralıq hesabatına əsasən, 4,9 milyon vətəndaş seçici siyahısına daxil edilib. Ölkədə səsvermə yerli vaxtla saat 20:00-a qədər davam edəcək.

Respublikadan kənarda olan Tacikistan vətəndaşları üçün 30 səfirlik və 9 konsulluqda 39 seçki məntəqəsi açılacaq.

Azvision.az


Teqlər: Tacikistan  





Xəbər lenti