Ermənistanda da koronavirus faktı aşkarlandı

 Ermənistanda da koronavirus faktı aşkarlandı
  01 Mart 2020    Oxunub:2818
Ermənistanda koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində bildirib.

Onun sözlərinə görə, virusa yoluxan Ermənistan vətəndaşı bu yaxınlarda İranda səfərdə olub: "Təxminən iki saat əvvəl, təəssüf ki, ölkədə koronavirusa yoluxma xəbərini aldım. Xəstə 29 yaşındadır. Fevralın 28-də həyat yoldaşı ilə birlikdə İrandan Ermənistana təyyarə ilə qayıdıb".

Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti