ABŞ və “Taliban” sülh sazişi imzaladı

  29 Fevral 2020    Oxunub : 1661
   ABŞ və “Taliban” sülh sazişi imzaladı
ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və “Taliban” hərəkatı liderinin müavini Abdulla Qani Bəradar sülh sazişi imzalayıblar.
Azvision.az xəbər verir ki, ABŞ və "Taliban" arasında sülh sazişinin imzalanma mərasimi bu gün Dohada keçirilib.

Sənədi imzaladıqdan sonra Xəlilzad və Bəradar bir-birinin əlini sıxıb.

ABŞ-ın dövlət katibi Mayk Pompeo isə talibləri “Əl-Qaidə” ilə əlaqələri kəsmək barədə vədlərini yerinə yetirməyə çağırıb.

Birgə məlumatda qeyd olunub ki, “Taliban”ın razılaşmaya əməl edəcəyi təqdirdə ABŞ və müttəfiqləri Əfqanıstandakı hərbçilərini 14 ay ərzində çıxaracaq.

Azvision.az

Teqlər: ABŞ   Taliban