XİN İrandan Azərbaycana qayıtmaq istəyənlərə müraciət etdi

 XİN İrandan Azərbaycana qayıtmaq istəyənlərə müraciət etdi
  29 Fevral 2020    Oxunub:8740
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilmiş məlumata əsasən, cari ilin 29 fevral tarixində saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədləri məhdudlaşdırıcı rejim əsasında bağlanıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azvision.az-a verilən məlumata görə, iki ölkənin aidiyyəti dövlət qurumları arasında müvafiq müzakirəkər aparılıb və əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq.

Qeyd edilib ki, İran İslam Respublikasında olan vətəndaşlarımızın Azərbaycana geri qayıtmasını təmin etmək üçün Azərbaycan Respublikasının Tehrandakı Səfirliyində və Təbrizdəki Baş Konsulluğunda qaynar xətlər fəaliyyət göstərir.

Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın aşağıdakı qaynar xətlər vasitəsilə diplomatik nümayəndəliklərimizlə əlaqə saxlamaları xahiş olunur.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi

ÜNVAN: Tehran şəhəri, Neyistan 3, Rastovan küçəsi 16

Telefon: (+98 910) 559 56 10

(+9821) 22 55 82 99

(+9821) 22 55 42 55

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu

ÜNVAN: Təbriz səhəri, Vəliəsr, Arif küçəsi 9

Telefon: (+98 902) 095 13 83

(+98413) 333 48 02/04

Azvision.az


Teqlər: XİN   İran  





Xəbər lenti