Ötən həftə təlimlərə 126 fermer cəlb olunub
Həftə ərzində Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən torpaq mülkiyyətçilərini əhatə edən təlimdə 13 nəfər, Aqrar Xidmətlər Agentliyi tərəfindən isə Salyanda təsərrüfat şəraitində keçirilmiş təlimdə 12 nəfərin iştiraki təmin olunub. Ümumilikdə, həftə ərzində keçirilmiş 7 təlimdə 126 fermer iştirak edib.
Fermerlərə quşçuluqda yumurtalıq istiqamətli cücələrin bəslənmə texnologiyası, quşçuluq binalarında mikroiqlimin tənzimlənməsi qaydaları, taxıl əkinlərində zərərvericilərə və siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri, təhlükəsizlik qaydalarına əməl olunması, sahənin bitki qalıqlarından təmizlənməsi, dondurma şumunun aparılması, torpağın arata hazırlanması, alaq otlarına qarşı mübarizə tədbirləri, iribuynuzlu heyvandarlıqda dabaq və qarayara xəstəliklərinin profilaktikası haqqında məlumatlar verilib.
Təlimlər davam etdirilir.
Azvision.az
Teqlər: Nazirlik DAİM Fermer Təlim