Nazirlik yaz ağac əkininə start verir

Nazirlik yaz ağac əkininə start verir
  29 Fevral 2020    Oxunub:1475
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Təbiət könüllüsü, yaz əkininə sən də qoşul!” devizi altında martın 3-də yaz ağac əkini mövsümünə start verir.
Azvision.az -ın məlumatına görə, nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, Novruz bayramının od çərşənbəsi günündə Bakı - Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində Nazirliyin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimaiyyət nümayəndələrini yaz ağacəkmə aksiyalarında iştiraka dəvət edir.

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti