AZAL İrana uçuşları dayandırdı - YENİLƏNİB

 AZAL İrana uçuşları dayandırdı -  YENİLƏNİB
  29 Fevral 2020    Oxunub:6334
Mövcud epidemioloji vəziyyətlə əlaqədar “Azərbaycan Hava Yolları” QSC (AZAL) İrana uçuşları dayandırıb.

AZAL-dan Azvision.az-a bildirilib ki, bu gün axşam aviaşirkətin aşağı büdcəli törəməsi “Buta Airways” İmam Xomeyni adına hava limanından sərnişinsiz qayıdaraq Bakı-Tehran istiqaməti üzrə son J2-9005 nömrəli reysini yerinə yetirəcək.
Həmçinin “İran Air” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşları dayandırır.

***
(15:30)

Mövcud epidemioloji vəziyyətlə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) İrana və İrandan olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edir.

Azvision.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Məlumatda bildirilib ki, bu gündən aviaşirkətin aşağıbüdcəli törəməsi "Buta Airways"in Tehran-Bakı istiqaməti üzrə yerinə yetirilən reyslərinə yalnız Azərbaycan vətəndaşları, Bakı-Tehran reyslərinə isə yalnız İran vətəndaşları buraxılacaq. Yuxarıda qeyd olunan meyarlara cavab verməyən sərnişinlər aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə aviaşirkətin 24 saat işləyən çağrı mərkəzi - [email protected] ilə əlaqə saxlaya bilər.

Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib, bu istiqamətdə əlavə tədbirlər görüb.

Azvision.az


Teqlər: AZAL   Təyyarə   İran   Tehran  





Xəbər lenti