3 kiloqram narkotik dövriyyədən çıxarıldı

3 kiloqram narkotik dövriyyədən çıxarıldı
  29 Fevral 2020    Oxunub:1380
Keçmiş məhkum narkotiklə tutulub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaratəpə kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Vəliyevin həyətyanı sahəsindən 3 kiloqramdan artıq marixuana, istixanasından isə kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: Sabirabad   Narkotik  





Xəbər lenti