Maşın oğurlayan şəxs ələ keçdi

  29 Fevral 2020    Oxunub : 968
Maşın oğurlayan şəxs ələ keçdi
Fevralın 28-də Tovuz rayonunun Ceyrançol adlanan ərazisindən Gədəbəy rayon sakini A.Məmmədova məxsus “VAZ-21015” markalı avtomobilin qaçırılması barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, TovuzŞəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini R.Veyisov saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az

Teqlər: Maşın   Oğurluq