“İlin sonuna kimi Cənub Qaz Dəhlizinin açılışını qeyd edəcəyik” - Prezident

  “İlin sonuna kimi Cənub Qaz Dəhlizinin açılışını qeyd edəcəyik” -  Prezident
  29 Fevral 2020    Oxunub:1889
“Hesab edirəm ki, TAP-ın tikintisinin tamamlanması bizim komanda işimizin sonu demək deyil. Düşünürəm ki, gələn ilin fevral ayında burada – Bakıda bir çox məsələləri nəzərdən keçirmək lazımdır”
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında deyib.

Dövlət başçısı bildirib ki, sonra da biz gələcək üçün strategiyamızı hazırlayacağıq: "Keçən ilin fevral ayında biz 2018-ci ilin iyununda Türkiyə bazarına çatan TANAP-ın hissəsinin uğurla tamamlanması barədə məlumat verdik. Bu dəfə isə biz qürur hissi ilə artıq Türkiyə-Yunanıstan sərhədinə çatmış TANAP-ın tamamlandığını bildiririk. Bu, bizim meqalayihəmizin icrasında çox mühüm mərhələdir. Bu gün Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması vəziyyətinin çox yüksək olduğu və sizə də yaxşı məlum olduğu kimi, TAP layihəsinin təqribən 92 faiz tamamlandığı bir vaxtda ümid edirəm ki, bu ilin sonuna kimi biz Cənub Qaz Dəhlizi layihəsinin açılışını qeyd edəcəyik”.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti