Azərbaycan zabiti Belarusda hərbi akademiyanı fərqlənmə diplomu ilə bitirib

Azərbaycan zabiti Belarusda hərbi akademiyanı fərqlənmə diplomu ilə bitirib
  29 Fevral 2020    Oxunub:2231
Fevralın 28-də Minskdə Belarus Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Baş Qərargah fakültəsində dövlət və hərbi idarəetmə ixtisası üzrə dinləyicilərin növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, mərasimdə Belarus Respublikası Hərbi Akademiyasının Baş Qərargah fakültəsinin rəisi general-mayor Sergey Zaytsev, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Departamenti rəisinin 1-ci müavini polkovnik Valeri Revenko, professor-müəllim heyəti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Belarus Respublikasındakı hərbi attaşesi polkovnik Elşən Rəhimov, köməkçisi polkovnik-leytenant Aydın Rəhimov və həmin fakültənin birinci kursunda təhsil alan Azərbaycan Ordusunun zabitləri iştirak ediblər.

Cari ildə bu ali hərbi təhsil müəssisəsindən Azərbaycan Ordusunun 2 zabiti məzun olub. Polkovnik Anar Hüseynov hərbi akademiyanı əla qiymətlərlə bitirərək fərqlənmə diplomu alıb.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti