Məhkəmə Əli Kərimli ilə bağlı şikayətə baxdı

Məhkəmə Əli Kərimli ilə bağlı şikayətə baxdı
  29 Fevral 2020    Oxunub:2345
Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin partiya sədri Əli Kərimliyə qarşı iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib.
Azvision.az xəbər verir ki, hakim Rəşid Səmədovun sədrliyi ilə keçirilən prosesə cavabdeh tərəf qatılmayıb.

Vəkili Vasif Mirzəyev hakimdən Aydın Əliyevin partiya sıralarından kənarlaşdırılması ilə bağlı sənədlərin cavabdeh tərəfin məhkəməyə təqdim etməsini istəyib.

Hakim Rəşid Səmədov vəsatəti təmin edib.

Daha sonra şikayətçi Aydın Əliyev hakimdən söz istəyib. O bildirib ki, 30 ildən çox üzvü olduğu partiyadan Əli Kərimlinin göstərişi ilə qeyri-qanuni şəkildə kənarlaşdırılıb.

Partiya rəhbərliyinin AXCP-nin Nizamnaməsinə məhəl qoymadığını vurğulayan keçmiş MTK sədri üzvlükdən hansı səbəbdən çıxarıldığını bilmədiyini söyləyib.

"Mənim partiya sıralarından kənarlaşmağım qeyri-qanunidir. Bu qərar mənə qarşı ədalətsizlikdir".

Şikayətçi tərəfin çıxışından sonra növbəti məhkəmə prosesinin mart ayının 6-da keçiriləcəyi açıqlanıb.

Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: AXCP   Məhkəmə  





Xəbər lenti