İki rayon üzrə müəllim və valideynlər qəbul edildi
Bakıdakı 56 nömrəli tam orta məktəbdə Xətai və Suraxanı rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, məktəblərin maddi-texniki təminatı, dərsliklər və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
Azvision.az
Teqlər: Təhsilİdarəsi