ÜST əhalini təşvişə düşməməyə çağırır

 ÜST əhalini təşvişə düşməməyə çağırır
  28 Fevral 2020    Oxunub:2712
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda koronavirusa (COVID-19) ilk yoluxma halının qeydə alındığını təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə ÜST-nin Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, ÜST yeni koronavirus epidemiyasına qarşı cavab tədbirləri ilə bağlı yerli səhiyyə qurumları ilə sıx əməkdaşlıq edir: "Yeni koronavirus epidemiyasına dair məlumatları ÜST-nin rəsmi internet səhifəsindən və sosial şəbəkələrdəki səhifələrindən, o cümlədən Azərbaycandakı rəsmi qurumlardan əldə etməyinizi və təşvişə qapılmamağınızı tövsiyə edirik".

Azvision.az



Teqlər: ÜST  





Xəbər lenti