Naxçıvan Qarnizonu Qoşunlarında kompleks məşq keçirilib - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında kompleks məşq keçirilib -    VİDEO
  28 Fevral 2020    Oxunub:1980
“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən qoşunların müxtəlif dərəcəli döyüş hazırlığına gətirilməsi məqsədi ilə kompleks məşq keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a bildirilib ki, məşq çərçivəsində qoşunların bir hissəsi praktiki fəaliyyətlərə cəlb edilib.

Stasionar və səhra idarəetmə məntəqələri açılaraq müasir avadanlıq və vasitələrlə idarəetmə təşkil edilib.

Şərti düşmənin qəfil hücumlarının qarşısının alınması və kəşfiyyat-diversiya qruplarının məhv edilməsi üzrə qəbul edilmiş qərarlara uyğun olaraq aidiyyatı bölmələr fəaliyyət göstərib.



Azvision.az



Teqlər: NaxçıvanQarnizonu   Ordu  





Xəbər lenti